Səudiyyə Ərəbistanının Həcc Məsələləri üzrə Nazirliyi Mina dağında baş verən sıxlıqdan sonra zəvvarların yerləşdirilməsi və həcc ziyarətinə gedən müsəlmanlara xidmət göstərən kompaniyalar üçün lisenziya verilməsi qaydalarını sərtləşdirib.
Axar.az xəbər verir ki, bu barədə “Saudi Gazette”x9d qəzeti məlumat yayıb.
“Əgər zəvvarlar Məkkə və Mədinədəki şəhərətrafı yaşayış yerlərində yerləşdirilməsə, nazirlik onları şirkətlərin hesabına otellərdə yerləşdirəcək”x9d, - məlumatda bildirib.
Nazirlik bundan başqa bu şərtlərin pozulacağı təqdirdə həcc operatorlarının işinin dayandırılması və maliyyə sanksiyaları da daxil olmaqla, müxtəlif cəzalar tətbiq edəcəyini açıqlayıb.
Qeyd edək ki, bu il sentyabrın 24-də həcc ziyarəti zamanı Mina dağında yaranan basırıq nəticədə 700-dən çox zəvvar həyatını itirmişdi.
































































































