
- A-
- A
- A+
İlon Mask İran üzərində 100 peykini aktivləşdirir
"SpaceX"in baş direktoru İlon Mask bildirib ki, onun şirkətinin hazırda İran üzərində 100 aktiv “Starlink” rabitə peyki var.
Bizim.Media reuters-ə istinadən xəbər verir ki, o, hələ 2022-ci ilin payızında bu Yaxın Şərq ölkəsi üzərində xidməti aktivləşdirməyi planlaşdırdığını açıqlamışdı.
“Biz artıq İranda eyni anda 100 “Starlink” peykini aktivləşdirməyə yaxınıq”, - deyə iş adamı bildirib.
Maskın planlarına əlavə bazarı inkişaf etdirmək istəyi deyil, həm də siyasi motivlər daxildir.
Bu ilin sentyabrında “SpaceX”in rəhbəri bildirib ki, İrana “internet azadlığı və sərbəst məlumat axınının irəliləməsi üçün” “Starlink” lazımdır.
O, İranda “Starlink”in işini təmin etmək üçün ABŞ səlahiyyətlilərindən sanksiyalarda istisna edilməsini istəyib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































