Rusiya Suriyadakı əməliyyatlara gündə 2.5 milyon xərcləyir...

Rusiya Suriyadakı əməliyyatlara gündə 2.5 milyon xərcləyir...

Hazırda oxunan: Rusiya Suriyadakı əməliyyatlara gündə 2.5 milyon xərcləyir...

103002
Rusiyanın Müdafiə Nazirliyi Suriyadakı hava əməliyyatlarına gündə 2,5 milyon dollar xərcləyir.

"Report" xəbər verir ki, Rusiyanın "RBK" agentliyi bununla bağlı araşdırma aparıb və bu rəqəmləri ortaya çıxarıb.

Məlumata görə, əməliyyatlar hələlik 2015-ci ilin müdafiə büdcəsi hesabına aparılır. Ancaq əməliyyat uzun sürərsə əlavə xərclərin lazım olacağı istisna edilmir.

Araşdırma zamanı məlum olub ki, Xəzərdən Suriyanın ərazisinə atılan qanadlı raket büdcəyə 20-60 milyon dollara başa gəlib.

Məlumata əsasən, 2011-ci ildə ABŞ Liviyada keçiridiyi 25 həftəlik əməliyatlara 1,1 milyard dollar olmaqla gündə 6,29 milyon dollar xərcləyib. Həmin il ABŞ-ın hərbi büdcəsi 711 milyard dollar olub. 2011-ci ildə Böyük Britaniya 25 həftə ərinzdə 490,43 milyon dollar (gündə 2,79 milyon dollar), Fransa isə 386,99 milyon dollar (gündə 2,21 milyon dollar) xərcləyib.
Qeyd edək ki, 2015-ci il üçün Rusiyanın müdafiə büdcəsi 52 milyard dollara yaxındır.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO