Azərbaycan-Rusiya sərhədindəki buraxılış məntəqələrində YENİLİK

Azərbaycan-Rusiya sərhədindəki buraxılış məntəqələrində YENİLİK

Hazırda oxunan: Azərbaycan-Rusiya sərhədindəki buraxılış məntəqələrində YENİLİK
100486
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Biz Azərbaycan-Rusiya sərhədində buraxılış məntəqələrinin modernləşdirilməsini başa çatdırırıq”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk "Made in Russia - 2022" Beynəlxalq İxrac Forumunun "Dəyişikliklərin logistikası: təchizat zəncirlərinin transformasiyası və nəqliyyat-logistika axınları" mövzusunda videomüraciət formatında keçirilən plenar iclasında deyib.

"Xüsusilə, Yaraq-Kazmalyar, Novo-Filya, Taqirkent-Kazmalyar və Karauzek avtomobil buraxılış məntəqələrinin modernləşdirilməsi və buraxılış qabiliyyətinin genişləndirilməsi işləri aparılır.

Həmçinin “Samur-2” stansiyası əsasında Dərbənd dəmir yolu keçid məntəqəsinin buraxılış səviyyəsi artırılır”, - o bildirib. 

Onun sözlərinə görə, İranın Rəşt və Astara şəhərləri arasında çatışmayan 160 kilometrlik dəmir yolunun tikintisi ilə bağlı danışıqlar bərpa edilib, Gərmsar-İnçə Burun dəmir yolunun elektrikləşdirilməsi davam etdirilir və bu bölgədə dəmir yolu hərəkətinin orta sürətin artırılması üçün bir sıra işlərin görülməsi nəzərdə tutulur. 

“Rusiya, Azərbaycan və İran qərb marşrutu üzrə üçtərəfli nəqliyyat və logistika operatorunun yaradılması ilə bağlı danışıqlar aparır.

Bu da yüklərin hərəkətini idarə etməyə, sərhəd nəzarəti prosedurlarını uyğunlaşdırmağa, Fars körfəzinin limanlarından Baltikyanı ölkələrə və əks istiqamətdə yüklərin maneəsiz daşınmasını təmin etməyə imkan verəcək”, - Rusiya Baş nazirinin müavini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO