Seçki öncəsi qapılara hədiyyəli elçilər göndərənlər...

Seçki öncəsi qapılara hədiyyəli elçilər göndərənlər...

Hazırda oxunan: Seçki öncəsi qapılara hədiyyəli elçilər göndərənlər...

99586
Bu gün noyabrın 1-nə təyin olunmuş parlament seçkilərində iştirak edəcək namizədlərin qeydiyatının son günüdür və sabahdan təbliğat kampaniyasına start veriləcək. 

MSK -nın məlumatına görə 1200-ə yaxın namizəd qeydə alınıb. Bunların təxminən 20%-ni siyası təşkilatların nümayəndələri təşkil edir. Digər 80%-i isə bitərəflərdən ibarətdir. Qeydiyyat prosesinin gedişi məndə belə fikir formalaşdırdı ki, mövcud hakimiyyət ölkənin daxili siyasətində elə bir dəyişiklik etmək niyətində deyil. Hər seçkidə olduğu kimi bu seçkidə də parlamentə salınacaq nümayəndələri 3 qrupa bölmək olar. Birinci qrup insanlar dövlət və millət qarşısında az-çox xidmətləri olan şəxslərdir və mənim qənaətimə görə əgər ölkədə azad, ədalətli seçkilər keçirilərsə, bu şəxslərin parlamentə düşməsi mümkündür.İkinci qrup insanlar hakim partiya qarşısında xidmətləri olmuş şəxslərdir ki, bunlar da hakimiyyətin mövcud resurslarından yararlanaraq mandat sahibi olmaq imkanları yüksəkdir. Parlament üzvləri olan ücüncü qrup insanlar da var ki, bunlar dövlət üçün də, hakimiyyət üçün də vacib fiqurlar deyil. Bunlar hakimiyyətin bəzi məmurlarına sədaqətlə xidmət etdikləri üçün mandat sahibləri olurlar. Parlamentdə də onların xidməti yalnız düymə basmaqdan ibarətdir. Bu qrupun özünü də iki yerə bölmək olar. Bunlardan birincilər fəaliyyətləri dövründə öz seçicilərinin bir qisminin tələblərini yerinə yetirdiyindən hər beş çağırışda eyni bir dairədən mandata sahib olmurlar.İkincilər isə yalnız secki öncəsi qapılara hədiyyəli elçilər göndərən və məmur sahiblərinin dəstəyi ilə mandata sahiblənənlərdir. Bu ikincilər beş il ərzində bir dəfə də öz seçicilərinin taleyi ilə maraqlanmadıqlarından,növbəti seckilərdə başqa dairədən namizədliyini irəli sürmək məcburiyyətində qalırlar. Bu işdə də öz bosları onlara lazımı köməkliyi əsirgəmir.
Sonda qeydiyata alınmış hər namizədə uğurlar diləyirəm.
Allah millətimizi,dövlətimizi qorusun!

Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Billur Hümbətov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO