Dini konfessiya rəhbərləri İkinci Fəxri xiyabanı ziyarət ediblər - FOTO

Dini konfessiya rəhbərləri İkinci Fəxri xiyabanı ziyarət ediblər - FOTO

Hazırda oxunan: Dini konfessiya rəhbərləri İkinci Fəxri xiyabanı ziyarət ediblər - FOTO
95883
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 26-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi dini konfessiyalarının rəhbərləri Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət ediblər.

QMİ-nin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində həlak olmuş Silahlı Qüvvələrimizin şəhid zabit və əsgərlərinin xatirəsi dini konfessiya rəhbərləri tərəfindən ehtiramla yad edilib.

Onların şərəfinə “Qurani-Kərim” tilavət edilib, ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.

Anım tədbirində çıxış edən Şeyxülislam Allahşükür Paşazadə, Dağ yəhudiləri dini icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi protoierey Konstantin Pominov, Alban-udi dini icmasının rəhbəri Robert Mobili, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski şəhidlərimizin qəhrəmanlıqları, Zəfərimiz uğrunda şücaətləri və Vətənə məhəbbət örnəyindən danışıb, xatirələrini ehtiramla yad edib, ruhları üçün dualar oxuyublar.

Bizim.Media

Dini konfessiya rəhbərləri İkinci Fəxri xiyabanı ziyarət ediblər - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO