Şəhid Saleh Qurbanov Xızıda son mənzilə yola salındı - FOTO

Şəhid Saleh Qurbanov Xızıda son mənzilə yola salındı - FOTO

Hazırda oxunan: Şəhid Saleh Qurbanov Xızıda son mənzilə yola salındı - FOTO
93787
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan kapitan Saleh Möhübbət oğlu Qurbanov sentyabrın 14-də Xızıda torpağa tapşırılıb. 

Bizim.Media xəbər verir ki, qəhrəman döyüşçü doğulub boya-başa çatdığı Giləzi qəsəbəsində dəfn olunub. 

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xızı Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. 
Dəfn mərasimində çıxış edənlər Saleh Qurbanovun şərəfli həyat və döyüş yolundan danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıblar. Düşmən təxribatının qarşısı qətiyyətlə alınıb, canlı qüvvəsi, hərbi texnika və infrastrukturu məhv edilib. 

32 yaşlı Saleh Qurbanov ailəli idi. Bir övladı Vətənə əmanət qalıb. 

Şəhidin cənazəsi Giləzi qəsəbə kənd qəbiristanlığında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin azyaşlı oğluna təqdim edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO