Bir həftə əvvəl ana olan 13 yaşlı qızın körpəsi uşaq evinə YERLƏŞDİRİLDİ - ÖZƏL 

Bir həftə əvvəl ana olan 13 yaşlı qızın körpəsi uşaq evinə YERLƏŞDİRİLDİ - ÖZƏL 

Hazırda oxunan: Bir həftə əvvəl ana olan 13 yaşlı qızın körpəsi uşaq evinə YERLƏŞDİRİLDİ - ÖZƏL 

93539

Bir həftə əvvəl Bakıda ana olan 13 yaşlı yeniyetmə hələ də xəstəxanadadır. Ev şəraitində ana olan azyaşlı  TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda müalicəsini davam etdirir.

Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ana olan 13 yaşlı qız və körpəsi ilə bağlı SON MƏLUMAT 


Onun sözlərinə görə yeni doğulan körpənin Səhiyyə Nazirliyinin nəzdində yerləşən 1 saylı Körpələr Evinə yerləşdirilməsi ilə bağlı aktlaşdırılma aparılıb:

“Xətai rayonu İcra Hakimiyyəti ilə birgə biz bunu həyata keçiririk. Bu gün isə yeniyetmənin anasının şifahi müraciəti əsasında 13 yaşlı qızın Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilməsi ilə bağlı ərizəsi rəsmiləşdiriləcək. Yaxın zamanlarda yeniyetmə artıq normal təhsilini davam etdirəcək. Eyni zamanda sığınacaqda yaşayaraq, reablitasiyasını keçəcək”. 

Xatırladaq ki, 13 yaşlı qız sentyabrın 6-da ev şəraitində körpə dünyaya gətirib. Vəziyyəti kritikləşdiyindən ana xəstəxanaya yerləşdirilib. 13 yaşlı qız 15 yaşlı yeniyetmə tərəfindən təcavüzə uğraması nəticəsində hamilə qalıb. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO