Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi bu gün başa çatacaq.
Komissiyadan Moderator.az-a verilən məlumata görə, ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 34749 abituriyent, V ixtisas qrupu üzrə isə 8338 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.
Xatırladaq ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.
TQDK abituriyentlərə xəbərdarlıq edir ki, onlar müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə, abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.



































































































