Məşhur hospital gömrük qaydalarını pozmaqda İTTİHAM OLUNUR

Məşhur hospital gömrük qaydalarını pozmaqda İTTİHAM OLUNUR

Hazırda oxunan: Məşhur hospital gömrük qaydalarını pozmaqda İTTİHAM OLUNUR

90050

Bakıda tanınmış klinika "Ege Hospital" MMC cərimələnə bilər.  

Bizim.Media xəbər verir ki, Dövlət Gömrük Komitəsi hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edib.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə baxılacaq.

Məhkəmə iddianı təmin edərsə, "Ege Hospital" min beş yüz manat məbləğində cərimələnə bilər.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO