Neçə müharibə əlilinə birdəfəlik ödəniş olunub? - RƏSMİ 

Neçə müharibə əlilinə birdəfəlik ödəniş olunub? - RƏSMİ 

Hazırda oxunan: Neçə müharibə əlilinə birdəfəlik ödəniş olunub? - RƏSMİ 
88860
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyevin tapşırığı əsasında yeni sosial dəstək proqramının - 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya bildirilib ki, son bir həftədə bu kateqoriyalara aid olan daha 1300-dən çox müharibə əlilinə proaktiv qaydada birdəfəlik ödəmə təyin edilərək bank hesablarına köçürülüb, bu barədə onlara SMS göndərilib.

Beləliklə, qeyd olunan dövrədək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş artıq 12300-dən çox şəxsə proaktiv qaydada birdəfəlik ödəmə təyin olunub.

E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etdiyi halda onların vərəsələri birdəfəlik ödəməni almaq üçün müvafiq sənədləri linkdə //sosial.gov.az/post_576347 qeyd edilən qaydada təqdim etməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO