Polisdən ƏMƏLİYYAT: Paytaxtda evləri qarət edənlər saxlanıldı

Polisdən ƏMƏLİYYAT: Paytaxtda evləri qarət edənlər saxlanıldı

Hazırda oxunan: Polisdən ƏMƏLİYYAT: Paytaxtda evləri qarət edənlər saxlanıldı
87877
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda evlərdən oğurluq edilib. 

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 19160 manat dəyərində pəncərə, kombi, elektrik naqili və çilçıraq oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Muradov saxlanılıb. 

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisindəki evlərin birindən 14125 manat dəyərində televizor, mobil telefon, noutbuk, planşet, modem, skuter, samovar, tozsoran və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Ə.Maşallayev və X.Sadıxova saxlanılıblar. 
Şəxsi axtarış zamanı Ə.Maşallayevdən metamfetamin aşkarlanaraq götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO