Vüqar Səfərlinin həbsi ilə bağlı Əli Həsənov istintaqa cəlb olunubmu? – RƏSMİ AÇIQLAMA

Vüqar Səfərlinin həbsi ilə bağlı Əli Həsənov istintaqa cəlb olunubmu? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Vüqar Səfərlinin həbsi ilə bağlı Əli Həsənov istintaqa cəlb olunubmu? – RƏSMİ AÇIQLAMA

8628

Məlum olduğu ki, yanvarın 14-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) büdcədən ayrılan vəsaitlərin xərclənməsi zamanı üzə çıxan qanun pozuntuları ilə əlaqədar cinayət işinin istintaqı zamanı Fondun sabiq rəhbəri Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri seçilib. 
 

V.Səfərlinin Əli Həsənovun kurasiyasında fəaliyyət göstərən bir quruma rəhbərlik etməsi, həmçinin bu cinayət tərkibli əməlləri onunla əlbir həyata keçirməsi barədə mətbuatda adının hallandırılması ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinə müraciət etdik.


Sualımıza cavab olaraq Mətbuat Xidmətindən bildirildi ki, sözü gedən cinayət işinin istintaqı ilə bağlı yaxın günlərdə mətbuata geniş məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO