Mikayıl Cabbarov “Bakı 2015”x9d qaliblərini mükafatlandırdı

Mikayıl Cabbarov “Bakı 2015”x9d qaliblərini mükafatlandırdı

Hazırda oxunan: Mikayıl Cabbarov “Bakı 2015”x9d qaliblərini mükafatlandırdı

85317
Bu gün təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən “Bakı 2015”x9d I Avropa Oyunlarında uğur qazanmış idmançılarla görüşüb. 

Moderator.az-ın  məlumatına görə, görüş iştirakçılarını salamlayan nazir qeyd edib ki, tarixdə ilk dəfə ölkəmizdə keçirilən “Bakı 2015”x9d I Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi hamımızda böyük qürur hissi doğurub. 

I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kompaniyası çərçivəsində Təhsil Nazirliyi tərəfindən təşkil olunan kütləvi idman tədbirlərinə diqqət çəkən Mikayıl Cabbarov bildirib ki, müvafiq yarışlar I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, məktəblilərin sağlam həyat tərzinə cəlb olunması, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bədən tərbiyəsinin və idmanın rolunun artırılması məqsədilə keçirilib. 

Təsadüfi deyil ki, I Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası,badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparıbar.

Nazir bildirib ki, I Avropa Oyunlarının təcrübəsini, könüllülərin iştirakını nəzərə alaraq, 5 dekabr 2015-ci il tarixdə-Beynəlxalq könüllülər günündə tələbə-könüllülərin Respublika Forumunun keçirilməsi nəzərdə tutulub. Forumun məqsədi tələbə-könüllülərin təşkilatlanması, beynəlxalq miqyaslı kütləvi tədbirlərin təşkili və keçirilməsində tələbələrin fəal iştirakının təmin olunması, onların bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin uğurlarından söhbət açan nazir “Bakı 2015”x9d I Avropa Oyunlarında həmin məktəblərin yetirmələrindən olan Amil Qasımovun Sambo idman növü üzrə II, Hacı Əliyevin Sərbəst güləş idman növü üzrə III, Eldar Səfərovun idman gimnastikası üzrə komanda yarışında III yeri tutduğunu nəzərə çatdırıb. 

İdmançıları təbrik edən Mikayıl Cabbarov onların idman karyeralarında daha parlaq uğurlar qazanacaqlarına ümidvar olduğunu bildirib.

Sonra hər üç idmançıya Təhsil Nazirliyi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO