Moderator.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2015-ci il tarixli sərəncamları ilə “Əməkdar mühəndis”x9d fəxri adına və “Tərəqqi”x9d medalına layiq görülmüş “Azərsu”x9d Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilmişdir.
Təltif olunmuş əməkdaşları təbrik edən “Azərsu”x9d ASC-nin sədri Qorxmaz Hüseynov əvvəlcə ölkəmizdə keçirilmiş “Bakı-2015”x9d Birinci Avropa Oyunlarına toxunmuşdur: “Azərbaycan Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə adını dünyanın idman tarixinə qızıl hərflərlə yazdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Oyunlara hazırlıq işləri cəmi iki il yarıma başa çatdırıldı və yarışların davam etdiyi 17 gün unudulmaz anlar kimi uzun müddət yaddaşlarda qalacaqdır. İdman mütəxəssisləri Avropa Oyunlarının Olimpiya oyunları səviyyəsində keçdiyini söyləyir və Azərbaycan bununla yeni idman standartlarına imza atmış oldu. Açılş və bağlanımış mərasimlərinin milli üslubda ən yüksək səviyyədə hazırlanması və təqdimatı isə xüsusi qeyd olunmalıdır. Bu idman bayramını Azərbaycan xalqına yaşatdığına görə möhtərəm Prezidentə “Azərsu”x9d ASC-nin kollektivi adından dərin minnətdarlığımı bildirirəm. Oyunlara hazırlıq çərçivəsində “Azərsu”x9d ASC tərəfindən də xeyli iş görülmüş, yeni magistral və şəbəkə su xətləri, kanalizasiya kollektorları və nasos stansiyaları tikilmiş, yarışların davam etdiyi günlərdə idman qurğularının, olimpiya kəndinin, otellərin və digər obyektlərin dayanıqlı və keyfiyyətli içməli su təchizatının aparılması üçün mühüm işlər görülmüşdür”x9d.
“Azərsu”x9d ASC sədri bildirmişdir ki, 5 iyun “”x9dSu təsərrüfatı və meliorasiya işçiləri günü”x9d peşə bayramı ərəfəsində Prezident sərəncamları ilə Cəmiyyətin 2 əməkdaşının “Əməkdar mühəndis”x9d fəxri adı, 12 əməkdaşının isə “Tərəqqi”x9d medalı ilə təltif olunması kollektivin əməyinə verilən ən böyük qiymətdir: “Kollektivimz möhtərəm Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün bundan sonra daha əzmlə çalışacaq və yeni-yeni uğurlara imza atacaqdır”x9d.
Sonra “Əməkdar mühəndis”x9d fəxri adına layiq görülmüş və “Tərəqqi”x9d medalı ilə təltif olunmuş, həmçinin “Azərsu”x9d ASC-nin Fəxri Fərmanı ilə mükafatlandırılmış əməkdaşlar təltif edilmişdir.
“Əməkdar mühəndis”x9d fəxri adına layiq görülmüş “Birləşmiş Sukanal”x9d MMC-nin direktor Etibar Məmmədov və “Tərəqqi”x9d medalı ilə təltif olunmuş “Şəki Sukanal”x9d TSC-nin direktoru Bayram Məmmədov su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, Heydər Əliyev ideyalarının inkişafı naminə bundan sonra da səylə çalışacaqlarını bildirmişlər.


































































































