Birinci yerdə 13200 iddia ilə Ukrayna qərarlaşıb.
Avropa İnsan Haqları Məhkəməsinə ən az şikayət Azərbaycandan göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə məhkəmənin mətbuat xidmətindən bildirilib.
May ayına olan məlumata əsasən, Strasburq məhkəməsinə Azərbaycandan 1500 iddia daxil olub.
Birinci yerdə 13200 iddia ilə Ukrayna qərarlaşıb. İkinci Rusiya - 9400 iddia. Üçüncü yerdə Türkiyə - 9200 iddia.
Təcrübəyə əsasən, yuxarıda sadalanan şikayətlərin hamısı hakimlərə çatmır. Qərarlar yalnız iddiaların 50 faizini əhatə edəcək. xa0xa0


































































































