İnsan alveri haqqında nələri bilməliyik?

İnsan alveri haqqında nələri bilməliyik?

Hazırda oxunan: İnsan alveri haqqında nələri bilməliyik?

82323
İnsan alveri və ya Traffikinq - İstismar məqsədi ilə, insan alveri, o cümlədən insanların satın alınması və ya satılması, oğurlanması, girov götürülməsi, bu məqsədə xidmət edən bu və ya digər cinayətlər nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, insan alverinin məqsədləri müxtəlif ola bilər. Bu məqsədlərə qadın alveri, insan orqanlarının alveri, cinayətkar dəstələrin yaradılması,qaçaqmalçılıq və s. aid edilə bilər.Bir sözlə,İnsan ticarət və ya onun ən ağır forması olan orqan alqı-satqısı həm dövlət daxili,həm də beynəlxalq qanunvericilikdə cinayət hesab olunur.Bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra 2-ci ən çox gəlir gətirən sahədir.İnsan alverinin qurbanları dəfələrlə cinsi və fiziki əməyin istismarına məruz qalır. BMT-nin hesablamalarına görə hazırda dünyada 30 milyona yaxın insan qul vəziyyətindədir. ABŞ-ın Federal Təhqiqat Bürosu isə insan alverinin hər il 9.5 milyard gəlir verən kriminal sahə olduğunu qeyd edir. ABŞ-ın "İnsan alveri 2005" adlı hesabatında diqqət daha çox Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Türkmənistan və Tatarıstan kimi MDB ölkələrinə yönəldilir. Bu bəşəri cinayətin təhlükəlilik dərəcəsinin yüksək olmasını nəzərə alaraq,vətəndaşlarımızın maarifləndirilməsi olduqca önməlidir.Elə bu məqsədlə də “İnsan alverinə qarşı mübarizə haqqında”x9d 28 iyun 2005-ci il tarixli 958-IIQ nömrəli Qanununun 8-ci maddəsinə əsasən İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planında göstərilən vəzifələrin səmərəli icrası, insan alveri qurbanlarının təhlükəsizliyinin təmin edilməsi, onlara peşəkar yardım göstərilməsi, insan alverinə qarşı mübarizə sahəsində məlumatların vahid mərkəzdə cəmlənməsi və qorunması, insan alverinə qarşı mübarizənin xüsusi təlim keçmiş peşəkar polis əməkdaşları və lazımi avadanlıqla təchiz edilmiş polis qurumu tərəfindən həyata keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi yaradılıb.İdarənin rəsmi internet saytında insan alverçilərindən necə qorunmaq və cinayətkar şəbəkələrin toruna düşməmək üçün tövsiyə xarakterli məlumatlar yer alıb.Odur ki,bunlara diqqət yetirmək olduqca vacibdir.

Sizə xarici ölkədə yüksək ödənişli iş təklif olunur?

Tələsməyin! Yüz ölçüb bir biçin. Əgər bu cür təklif firmadan gəlibsə, onun xaricdə işə düzəltmə üçün xüsusi icazəsi ”“lisenziyasının olub olmaması ilə maraqlanın. Belə hüquqlara malik olan firmaların siyahısı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası DİN-in Miqrasiya Xicmətində vardır.

Xarici ölkələrdə təhsil almaq arzunuzu reallaşdırmazdan öncə aşagıdakı məlumatları bilməyiniz vacibdir!

* Əgər Sizə xarici ölkədə təhsil almaq təklifi olunarsa, bu söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir;

* Əgər Siz, xaricdə təhsil almağa gedirsinizsə, viza - tələbə vizası olmalıdır;

* Xaricdə təhsil almaq üçün Sizə müqavilə təqdim edilərsə, müqavilə mütləq Sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır;

* Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycanda yerləşirsə mütləq ora rəsmi müraciət edərək Sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, Sizi maraqlandıran məlumalları dəqiqləşdirməyi unutmayın!

Siz xarici ölkədə ailə qurmağa razılıq vermisiniz? Əgər bu razılıq verilmişdisə aşağıdakı tədbirləri həyata keçirməyiniz məqsədə müvafiq olardı.

* İnternet vasitəsilə ailə qurmaq təklifi bəzən Sizi kölöyə çevirə bilər. Odur ki, hər bir təklifi öncə dəqiqləşdirin.

* Əgər xarici ölkə vətəndaşı ilə ailə qurmaq istəyinizi reallaşdırmaq məqsədi ilə Nikah firmalarına müraciət etməli olsanız, iik öncə həmin firmanın lisenziyasının olmasına diqqət yetirin!

* Ailə qurmaq təklif edilən şəxslə və onun sənədləri ilə tanış olun!

* Ailə qurmaq istədiyiniz xarici vətəndaş barədə, onun vətənda oldugu ölkənin nümayəndiliyinə müraciət edərək, rəsmi məlumat alın!

* Unutmayın ki, hər bir xarici ölkə vətəndaşı nikaha girərkən, onun haqqında bütün məlumatları əks etdirən Forma 4 anketini təqdim etməlidir.

İnsan alverçiləri yalnız qadınlar deyil, kişiləri və uşaqları da qul veziyyətinə salır

KİŞİLƏR ”” insan alverinin qurbanı ola bilirlər. insan alveri ilə məşul olan cinayətkarlar, əsasən 19 yaşından 55 yaşınadək kişiləri əməyin istismarına cəlb edirlər. Ölkə vətəndaşları olan kişilər bəzən mövsümli xaraklerli işlərlə baglı ölkəni qısamüddətli tərk edirlər. Başqasının əməyinin istismarı bahasına gəlir əldə etmək istəyən cinayətkarlar, belə insanların etibarından sui-islifədə edərək onları toplayaraq xarici ölkələrə aparır və qul vəziyyətinə salırlar. Belə insanlar uzun müddət kölə vəziyyətində çalışdıqdan sonra, xəstə yarımcan halda ölkəyə, öz ailələrinin yanına qayıdır. Bəzən belə kişilər özlərini günahkar saydıqları üçün ailələrinin yanma dönməkdən çəkinirlər.

* Doğmalarınıza və ya dostlarınıza Sizin xarici getməyiniz haqqında müfəssəl məlumatı, oradakı ünvanı, əlaqə telefonunu və həmçinin pasportunuzun birinci səhifəsini, viza səhifəsinin və müqaviləmn surətini verməyi unutmayın!

* Vətəndə qalan yaxın adamlarınızla necə əlaqə saxlayacagınızı qabaqcadan razılaşdırınn;

* Heç vaxt, dövlət sərhəddini, qeyri-qanuni və ya saxta sənədlərlə keçməyə çalışmayın;

* Özünüzlə geri qayıtmaq üçün yol xərcinə yetəcək qədər pul götürməyə çalışmayın;

* Xaricdə olarkən Sizə vəd edilən işlə təmin olunmadıqda və ya başınıza xoşagəlməz hadisə gəldikdə dərhal aşagıdakı "qaynar xətlər"ə zəng edin:

Xarici ölkədə olarkən bunları unutmayın:

* Pasportunuzu başqa şəxsə verməyin. Lazım gəldikdə sənədlərinizin yalnız surətini tələb olunan yerə təqdimedin;

* Xarici ölkədə sənədləriniz itirsə, dərhal həmin ölkənin polisinə və Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyinə və ya konsulluguna müraciət edin;

* Mütəmadi olaraq qohumlarınız və ailənizlə əlaqə saxlayın. Həyatınızdakı hər-hans dəyişiklik barədə dərhal onlar məlumat verin;

* Sizə kömək lazım olduqda dərhal «qaynar xətt» telefon nömrələrinə zəng edin.

Xaricə getmək istəyənlərin nəzərinə:

* Unutmayın! Xarici ölkələrdə Azərbaycan vətəndaşlarının iş tapmasına yalnız bu fəaliyyətə lisenziyası olan firmalar yardım edə bilər.

* Əgər sizə xaricdə işə düzəltmə, təhsil artırma və ya ailə qurmay təklif edilərsə, bu mütləq rəsmi müqavilə əsasında yerinə yetirilməlidir.

* Müqavilənin qanuni olubolmamasına müəyyən etmək üçün həmin xarici ölkənin Azərbaycan Respublikasındakı səfirliyinə, Azərbaycan Respublikasının ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya idarəsinə müraciət edin:

Tel: 497-70-37, 432-69-40, 432-19-14, 413-55-83

* Xaricə getməzdən əvvəl, Azərbaycan səfirliklərinin və konsulluqlarının xarici ölkələrdəki telefonlarını öyrənin. Lazımi anda təcili onlara müracit edin. Onlar Sizə kömək etməlidirlər.

* Unutmayın! Yalnız təhsil alma, biznes, turist, ailə üzvləri ilə birləşmək üçün viza növləri movcuddur və ölkəni bu viza növləri olmadan tərk etmək qanunsuzluqdur.

* Xarici ölkəyə çatan kimi mütləq Azərbaycan səfirliyi və ya konsullugunda, yaşadıgınız ərazinin polis orqanlarında qeydiyyata düşün.

* Unutmayın! Vizada göstərilən müddətdən artıq xarici dövlətdə yaşamaq ciddi qanun pozuntusu sayılır.

* Yaxından tanımadıgınız şəxslərin sizin viza və pasport almanıza köməklik göstərmələrinə qətiyyən razı olmayın.

* Xarici ölkədə seçdiyiniz otelin imicinə diqqət yetirin. Yüngül əxlaqlı qadınların məskən saldığı otellərdən uzaq olmağa çalışın.

* Hansı ölkədə olmanızdan asılı olmayaraq Azərbaycan Respublikasının Konstitusiyası sizin hüquqlarınızın qarantıdır və pozulmuş hüquqlarınızın bərpa edilməsi üçün lazım olan hər şey Azərbaycan Respublikasının qanunvericilik aktlarında təsbit olunmuşdur.

Qeyd:İstinad: //iaqmi.gov.az/?/az/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO