Bakıda Çempionlar Liqasının finalı keçirilə bilər

Bakıda Çempionlar Liqasının finalı keçirilə bilər

Hazırda oxunan: Bakıda Çempionlar Liqasının finalı keçirilə bilər

82072
Bakı Çempionlar Liqası və Avropa Liqasının final oyununun keçirilməsi üçün irəli sürüləcək namizəd şəhərlər arasında yer alacaq. 


Moderator.az  xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Baş katib bildirib ki, paytaxtda inşa edilmiş 68 min azarkeş tutumuna malik olan Olimpiya stadionu final qarşılaşmalarının keçirilməsi üçün əlverişli yerdir: "Biz bölgənin ən böyük stadionuna sahibik. Elə isə Çempionlar Liqası, Avropa Liqası və digər böyük yarışların final oyunları üçün bu stadionu niyə də namizədlər sırasında göstərməyək?"

Qeyd edək ki, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin bir qrupunun oyunları Bakıda keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO