İmtina alan qazilərlə bağlı İşçi Qrup yaradıldı 

İmtina alan qazilərlə bağlı İşçi Qrup yaradıldı 

Hazırda oxunan: İmtina alan qazilərlə bağlı İşçi Qrup yaradıldı 

81822

“İmtina cavabı alan qazilərin əlillik təyinatına yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İşçi Qrup yaradılıb”. 

Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyib. 
 
Onun sözlərinə görə, kimlərin diaqnozları yeni meyarlara görə əlilliyə əsas verirsə, onların özləri müraciət etmədən birtərəfli qaydada mütəxəssislər tərəfindən baxılacaq: 

"Burada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyi ilə birgə iş aparılacaq. Göndərişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özü qazilərin müraciəti olmadan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərib. Siyahı bəllidir. Siyahının artıq 20%-i artıq nəzərdən keçirilib. Prosesin əsas hissəsi bu ayın sonuna qədər yekunlaşacaq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO