Ötən ay 9 nəfər zəhərlənmədən ölüb - KTM 

Ötən ay 9 nəfər zəhərlənmədən ölüb - KTM 

Hazırda oxunan: Ötən ay 9 nəfər zəhərlənmədən ölüb - KTM 
81786
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyun ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 844 nəfər müraciət edib. 

Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, onlardan 170-i Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb. 

Qəbul olan xəstələrdən 89-u dərmandan, 29-u sirkə turşusundan, 8-i dəm qazından, 1-i göbələkdən, 5-i etil spirtindən, 6-sı isə kimyəvi məhluldan zəhərlənib.

Digərlərindən 1-i anaflaksiya səbəbindən, 7-si allergik reaksiyadan, 2-si isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 21-ni ilan, 1-ni isə həşərat sancıb. 
Zəhərlənən şəxslərin 69-u qadın, 92-si kişi, 9-u uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 170 nəfərdən 9-u (5-i kişi, 4-ü qadın) dünyasını dəyişib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO