Milli Tarix Muzeyində 300 ədəd unikal silah sərgilənəcək - FOTO 

Milli Tarix Muzeyində 300 ədəd unikal silah sərgilənəcək - FOTO 

Hazırda oxunan: Milli Tarix Muzeyində 300 ədəd unikal silah sərgilənəcək - FOTO 
80438
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Tarix Muzeyində unikal dekorativ tərtibatlı silahlardan ibarət sərgi açılacaq. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Milli Tarix Muzeyindən məlumat verilib.

Bildirilib ki, muzeyin Silahlar və Bayraqlar fondunda saxlanılan müdafiə, soyuq və odlu silahlar Azərbaycan xalqının şanlı hərb tarixini əks etdirməklə bərabər sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir. Eyni zamanda bu silahlar yalnız sənətkarlıq əsərləri deyil, yüksək zövqlə hazırlanmış incəsənət nümunələridir. 

Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək “Silahın mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahı)” adlı sərgidə Azərbaycan silahları ilk dəfə olaraq, sənətkarlıq və incəsənət nümunələri kimi təqdim ediləcək. 
Sərgidə 300 ədəd unikal dekorativ tərtibatlı silah nümayiş olunacaq. Sərgi 28 iyun – 15 sentyabr 2022-ci il tarixlərində davam edəcək. Sərgiyə giriş pullu olacaq: böyüklər üçün 2 AZN, uşaqlar üşün 1 AZN. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO