Şirvan sakinindən 1 kiloqrama yaxın heroin götürüldü

Şirvan sakinindən 1 kiloqrama yaxın heroin götürüldü

Hazırda oxunan: Şirvan sakinindən 1 kiloqrama yaxın heroin götürüldü

80404

Şirvan sakinindən təmiz çəkisi 1 kiloqrama heroin götürülüb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Əkbərov saxlanılıb. 

Onun üzərinə keçirilən baxış zamanı bir büküm narkotik maddə olan heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan təmiz çəkisi 1 kiloqrama yaxın olan heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb. 
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO