Etiraz edən qazi ilə bağlı RƏSMİ AÇIQLAMA

Etiraz edən qazi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Etiraz edən qazi ilə bağlı RƏSMİ AÇIQLAMA

79761

"Vətən müharibəsi iştirakçısı, Astara rayonun Pensər kənd sakini Rüstəmov Elnur Eldar oğlu əlillik almaq üçün dəfələrlə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, həm də nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qəbul edilib, ona qanunvericilik izah edilib".

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, E.Rüstəmov iyunun 16-da bir daha nazirliyə gələrək eyni məzmunda tələblərini irəli sürüb, müraciəti cavablandırılıb, izahat verilməsinə baxmayaraq, o, qeyri-etik hərəkətlərə yol verib, əməkdaşları təhqir edib, iş ahəngini pozaraq qəbul şöbəsinin avadanlığını təpiklə qırıb.
"E.Rüstəmov həm martın 14-də, həm də aprelin 19-da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Hər iki əyani müayinə zamanı şəxsin diaqnozunun əlilliyə əsas verməməsi barədə qərar qəbul edilib.

Müayinə zamanı onda simulyasiya izlənilib, əlavə olaraq zəif görmədən şikayəti araşdırılıb. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən təqdim edilən tibbi rəy də əlillik təyinatına əsas verməyib. Həmçinin, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən şəhadətnamədə qeyd edilən diaqnozun və hazırki vəziyyətinin əlilliyə əsas vermədiyi təsbit olunub", - deyə T.Qurbanov bildirib.

T.Qurbanov vurğulayıb ki,  sözügedən şəxsin məşğulluğu ilə bağlı Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq addım atılıb.

O, özünüməşğulluq proqramı üzrə qeydiyyatdan keçib, ötən ilin avqustunda “maldarlıq təsərrüfatı” zərfi üzrə təlimlərə cəlb edilib. Dəfələrlə dəvət olunmasına baxmayaraq, təlimlərdə və qiymətləndirmədə iştirak etməyib.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən E.Rüstəmova 1 yanvar 2022-ci ildən müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO