Övladlarına nəzarət edə bilməyən valideynlər cəzalandırılacaq

Övladlarına nəzarət edə bilməyən valideynlər cəzalandırılacaq

Hazırda oxunan: Övladlarına nəzarət edə bilməyən valideynlər cəzalandırılacaq

79549
Övladlarına nəzarət edə bilməyən valideynlər və ya onları əvəz edən şəxslər cəzalandırılacaq.

Bu barədə Moderator.az-a  Milli Məclisdən məlumat verilib.  Milli Məclisin bu gün keçiriləcək plenar iclasında İnzibatı Xətalar Məcəlləsinə dəyişikliklər məsələsi müzakirə olunacaq.  
İnzibati Xətalar Məcəlləsinin 51.1-ci maddəsinə; - “Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə -
xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək miqdarda cərimə edilir. 
51.2. Bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda - altmış manatdan yüz manatadək miqdarda cərimə edilir.
51.3. Bu Məcəllənin 51.1 və 51.2-ci maddələrində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda -
əlli manatdan yüz manatadək miqdarda cərimə edilir.".
 236.2-ci maddənin sanksiyası  daha da sərtləşdilərərk cərimənin  həcmi yüz manat miqdarında müəyyən edilir.
 297-ci maddənin sanksiyasında  mövcud  cərimə həddi 30 manatdan  50 manat həcminə qaldırılır.
307-ci maddənin sanksiyasının həcmi 50 manatdan 100 yüz manatadək qaldırlır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO