Məktəbin adındakı biabırçı səhvlə bağlı Təhsil Nazirliyindən AÇIQLAMA 

Məktəbin adındakı biabırçı səhvlə bağlı Təhsil Nazirliyindən AÇIQLAMA 

Hazırda oxunan: Məktəbin adındakı biabırçı səhvlə bağlı Təhsil Nazirliyindən AÇIQLAMA 

79345

Xəbər verildiyi kimi ötən gün Təhsil naziri Emin Əmrullayevin "Son zəng" tədbirində iştirakı zamanı lentə alınmış foto kəskin tənqid olunub. Görüntülərdə Xəzər rayonu, E.Əliyev adına 234 nömrəli məktəbin adının binanın divarına yanlış yazıldığı əks olunub. 

Sosial şəbəkə istifadəçiləri tədris ocağında belə bir səhvin yolverilməz olduğunu bildiriblər. 

Maraqlıdır, sözügedən yalnışlığın düzəldilməsi üçün aidiyyəti qurumlar tərəfindən addım atılıbmı?  

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Bizim.Media-ya açıqlamasında daşın üzərində hərflərin yanaşı göründüyünü əsas gətirib: 

“Bu montaj zamanı olub. Texniki olaraq bunu düzəltmək üçün böyük kampaniyaya ehtiyac yoxdu”, deyə qurum rəsmisi əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO