Mehdi Hüseynzadənin 1944-cü ildə İtaliyada yazdığı şeiri yayımlandı - FOTOFAKT

Mehdi Hüseynzadənin 1944-cü ildə İtaliyada yazdığı şeiri yayımlandı - FOTOFAKT

Hazırda oxunan: Mehdi Hüseynzadənin 1944-cü ildə İtaliyada yazdığı şeiri yayımlandı - FOTOFAKT
75184
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkələrdə Sovet İttifaqı Qəhrəmanı, İkinci Dünya Müharibəsində partizan hərəkatının unudulmaz simalarından biri olan Mehdi Hüseynzadənin vətən həsrəti ilə yazdığı şeiri yayımlanıb.

Bizim.Media xəbər verir ki, hamının Mixaylo kimi tanıdığı Mehdi Hüseynzadə bu şeiri 1944-cü ildə İtaliyada yazıb.

Şeirin adı “İtaliyada başladım” adlanır.

       İtaliyada başladım

Nə olur, bir sarı yarpaq olsaydım,

Sabahın yelləri alaydı məni.

Asıb bəyaz qarlı, hündür dağları,

Vətən torpağına salaydı məni,

Sabahın yelləri alaydı məni.

Əzizim, ellər ayrısı,

Bülbüləm güllər ayrısı,

Bir günə dözməzdim, yar,

Olmuşam illər ayrısı.

(“ Pola”, “İtaliya” 1944)

Qeyd edək ki, Mehdi Hənifə oğlu Hüseynzadə və ya  Mixaylo ləqəbi ilə tanınan leytenant, azərbaycanlı partizan, İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub.
1944-cü ilin əvvəlində Mehdi Hüseynzadə bir qrup yoldaşları ilə İtaliyadakı düşərgədən qaçaraq partizanlıq etməyə başlayıb. Partizanlıq müddətində almanlara ən böyük zərbələri vuraraq böyük itkilər yaşadıb.

Mehdi Hüseynzadə 2 noyabr 1944-cü ilə Sloveniyada qəhrəmancasına hələk olub. Xatirəsi Azərbaycanda əbədiləşdirilib. 1958-ci ildə Həsən Seyidbəylinin rejissorluğu ilə çəkilən “Uzaq Sahillərdə” filmi də məhz Mehdi Hüseynzadəyə həsr olunub.

Leyla Şah, Bizim.Media

Mehdi Hüseynzadənin 1944-cü ildə İtaliyada yazdığı şeiri yayımlandı - FOTOFAKT - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO