Tovuzda qonaqlı-qaralı Novruz bayramı tədbirləri... -  FOTO

Tovuzda qonaqlı-qaralı Novruz bayramı tədbirləri... - FOTO

Hazırda oxunan: Tovuzda qonaqlı-qaralı Novruz bayramı tədbirləri... - FOTO

73049
Tovuzda  sakinlərin və Türkiyədən gəlmiş qonaqların  Türk Dünyasının əfsanə isimlərindən olan ustad şair Camal Safi, istedadlı yeni nəsil yazarı, esseist və ünlü radio proqram aparıcısı Mehmet Ercan da daxil olduğu heyətin iştirakı ilə Novruz bayramı tədbirləri keçirilib.  

Novruzun bütün ənənələrinin nümayiş olunduğu və Tovuz qalasında keçirilən tədbirdə ilk öncə Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva və Türkiyədən olan qonaqlar birlikdə bayram tonqalını yandırıblar. Rayon icra başçısı Tofiq Zeynalov bütün Tovuzluları və xalqımızı təbrik edərək, Novruzun, yeni ilin millətimiz və dövlətimiz üçün uğurlu olmasını diləyib.  Torpaqlarımız uğrunda şəhid olmuş qardaş-bacılarımızın ailəsi başda olmaqla dünyanın hər yerində yaşayan insanlarımızı,əziz Tovuzlular sizi təbrik edərək bütün arzularınıza çatmanızı arzulamaqla hamımızın ürəyində olan ən böyük arzularımızdan birini dilə gətirmək istəyirəm deyən millət vəkili Qənirə Paşayeva arzu edirəm ki, gələn il Novruz bayramımızı,bu cür bayram tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda ,Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda da qeyd edək deyib. Millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”x9d İB-nin “Qarabağdan Anadoluya könül körpüsü”x9d layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Türk Dünyasının əfsanə isimlərindən olan ustad şair Camal Safi və istedadlı yeni nəsil yazarı Mehmet Ercanı Tovuzda salamlamaqdan məmun olduğunu deyən millət vəkili Qənirə Paşayeva ,Azərbaycan və Türkiyənin “bir millət iki dövlət”x9d olduğunu deyib və həm onları həm dünyanın hər yerində yaşayan insanlarımızı Canakkale zeferinin 100-cü ildönümü münasibəti ilə də təbrik edib və dəyərli şairimiz Camal Safinin  Azərbaycana böyük sevdasını bir daha  “Miracımız Qarabağdır”x9d şeiri ilə  də gördük.  Biz sizə bu duyarlılğınız üçün təşəkkür edirik deyib.  Ustad şair Cemal Safi Türkiyədəki bütün qardaş və bacıların salam, sevgi və təbriklərini gətirdiyini deyib: “Türkiyə və türk xalqı hərzaman sizin yanınızda olub və bundan sonra da olacaq. İnşallah bu cür gözəl görüş və tədbirləri Dağlıq Qarabağda da keçirəcəyik.”x9d ”“ deyib və ona bu imkanı yaradan tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Ustad şair “Meracımız Qarabağdır”x9d şairini və bir sıra sevilən şeirlərini Tovuzlular üçün  oxuyub.Tovuzlular  qarşısında çıxış etməkdən çox şad olduğunu deyən  Mehmet Ercan  bundan sonra onlarla daha sıx-sıx görüşmək  istədiyini  deyib  və  inşallah gələn görüşümüzü Dağlıq Qarabağda keçirək  deyərək özünün sevilən yazılarından bayram tədbiri iştirakçıları üçün oxuyub. Sonra Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva və Türkiyədən olan qonaqlar birlikdə rayonun kəndlərinin və təşkilatlarının hazırladığı Novruz ənənləri ilə tanış olub, kənd sakinlərini təbrik edib, yumurta döyüşüb, sakinlərlə birlikdə Novruz bayramını qeyd ediblər. Tədbirdə Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynova və rayonun musiqi kollüktivləri gözəl könsert programı ilə çıxış edib. Tovuz sakinləri bayram tonqalları ətrafında yallı gediblər və tədbir “Qarabağ şikəstəsi”x9d və hər kəsin gələn bayramı inşallah Cıdır düzündə də qarşılayaq ifadəsi ilə başa çatıb.   
Tovuzda qonaqlı-qaralı Novruz bayramı tədbirləri... -  <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4452.jpg">Tovuzda qonaqlı-qaralı Novruz bayramı tədbirləri... -  <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4453.jpg">Tovuzda qonaqlı-qaralı Novruz bayramı tədbirləri... -  <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4454.jpg">Tovuzda qonaqlı-qaralı Novruz bayramı tədbirləri... -  <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4455.jpg">Tovuzda qonaqlı-qaralı Novruz bayramı tədbirləri... -  <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4456.jpg">Tovuzda qonaqlı-qaralı Novruz bayramı tədbirləri... -  <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4457.jpg">Tovuzda qonaqlı-qaralı Novruz bayramı tədbirləri... -  <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4458.jpg">Tovuzda qonaqlı-qaralı Novruz bayramı tədbirləri... -  <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4459.jpg">Tovuzda qonaqlı-qaralı Novruz bayramı tədbirləri... -  <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4460.jpg">Tovuzda qonaqlı-qaralı Novruz bayramı tədbirləri... -  <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4461.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO