Bakıda betonqarışdırıcı avtomobil qaz kəmərini zədələdi

Bakıda betonqarışdırıcı avtomobil qaz kəmərini zədələdi

Hazırda oxunan: Bakıda betonqarışdırıcı avtomobil qaz kəmərini zədələdi
69229
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün səhər saatlarında betonqarışdırıcı avtomobil magistral qaz kəmərini zədələyib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. 

Bildirilir ki, avtomobilin qaz xətti üzərindən kənarlaşdırılmasından və işin gedişindən asılı olaraq bu gün saat 13:00-dan etibarən “Keşlə” QPS-dən qaz təchizatı dayandırılıb. 

"Təmir müddətində Xətai rayonu üzrə (Y. Səfərov, Babək prospekti, Xocalı prospekti, Nobel, F.Bayramov, S.Vəzirov, M.Mehdizadə, İ.Orucov, NZS qəsəbəsi, UPD yaşayış sahəsi, Aşıq Qurban, Mingəçevir və Süleyman Əhmədov küçələri) 35 000 abonentin qaz təchizatı məhdudlaşdırılıb, Nəsimi rayonu üzrə isə (Azadlıq prospekti, 28 May, Dilarə Əliyeva, Nizami, Xəqani) 20 000 abonetin qaz təchizatının alternativ mənbələrdən təmin olunması imkanlarının mövcudluğuna baxmayaraq, qaz təchizatında müəyyən zəiflik ola bilər. 

Hal-hazırda təmir işləri aparılır, yaxın saatlarda qaz təchizatındakı fasilənin aradan qaldırılması planlaşdırılır", - məlumatda deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO