I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr nə vaxt veriləcək? - Nazirlik açıqladı 

Hazırda oxunan: I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr nə vaxt veriləcək? - Nazirlik açıqladı 

69008

"Birinci Qarabağ müharibəsi əlillərinə, onların vəfat edənlərinin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı sosial proqramın icrası üçün hazırlıq işləri aparılır". 

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış, mükafatlar" mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ölkə başçısının müvafiq fərmanı ilə 1997-ci il avqustun 2-dək ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilən şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə də yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq. 

Qeyd edək ki, müvafiq fərman ötən ilin dekabr ayında imzalanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO