6 övladı olan qadın 48 günlük körpəsi ilə sığınacağa yerləşdirildi – Uşaqların ataları fərqlidir

6 övladı olan qadın 48 günlük körpəsi ilə sığınacağa yerləşdirildi – Uşaqların ataları fərqlidir

Hazırda oxunan: 6 övladı olan qadın 48 günlük körpəsi ilə sığınacağa yerləşdirildi – Uşaqların ataları fərqlidir
641315
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda 31 yaşlı ana 48 günlük körpəsi ilə birlikdə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.

Bu barədə Bizim.Media-ya açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, körpə nikahdankənar doğulub və atası uşağa atalıq vermir.
 

Mehriban Zeynalova qeyd edib ki, 31 yaşlı qadının ümumilikdə altı övladı var. İlk uşağını 14 yaşında dünyaya gətirən qadının övladlarının ataları fərqli şəxslərdir. Digər beş uşağı da dövlət internat məktəbinə verilib. 


Əslən bölgələrdən birindən olan qadın oktyabrın 5-dən 48 günlük körpəsi ilə birlikdə sığınacağa qəbul edilib.

M. Zeynalova qeyd edib ki, körpənin ümumi vəziyyəti normaldır, hər hansı xəstəliyi yoxdur. Bununla belə, uşaq zəifdir və çəkisi təxminən 2,5–2,9 kiloqramdır. Onun sözlərinə görə, körpəyə yaxşı qulluq edilərsə, uşağın inkişafı üçün müsbət şərait yarana bilər.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO