Hava kəskin dəyişir, leysan yağacaq - XƏBƏRDARLIQ

Hava kəskin dəyişir, leysan yağacaq - XƏBƏRDARLIQ

Hazırda oxunan: Hava kəskin dəyişir, leysan yağacaq - XƏBƏRDARLIQ
641173
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 9-da ölkənin bəzi yerlərində leysan xarakterli yağış yağacaq.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 9-u gündüzdən 10-u axşamadək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, 9-u axşamdan 10-u səhərədək isə yağışın intensiv və güclü olacağı ehtimalı var.
 

Azərbaycanın rayonlarında oktyabrın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 10-u gündüz bəzi şərq rayonlarında yağıntıların qısa müddətə güclənəcəyi ehtimal olunur.


Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eyni zamanda Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO