Moderator.az Baş Prokurorluğun mətbuat xidmətinə əsasən xəbər verir ki, baş prokuror Zakir Qaralov bu gün vətəndaşlarla görüşüb:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət
qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların
müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin
tam təmin olunması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim
diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə
baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror
Zakir Qaralov dekabrın 5-də Abşeron Rayon Prokurorluğunun inzibati binasında
Sumqayıt şəhərindən, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarından olan
vətəndaşları qəbul etmişdir.
Qəbuldan əvvəl Baş prokuror və Abşeron Rayon İcra Hakimiyyətinin
başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində
ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzərək əziz
xatirəsini ehtiramla yad ediblər. Daha sonra isə Xırdalan şəhərində yerləşən
Heydər Əliyev Mərkəzi ilə tanışlıq olmuşdur.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe
prokurorların iştirakı ilə keçirilən qəbulda Z.Qaralov bölgədə yaşayan 50-yə
yaxın vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının
səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ
şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının
rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər vermişdir.
Vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış,
eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı
müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur”x9d.




































































































