Paytaxt Bakıda evlərin baha olması heç kəsə təəccüblü gəlməsə də, son yarım ildə qiymətlərin astronomik şəkildə artması bu mənzilləri artıq orta seqment üçün də əlçatmaz edir. Vəziyyət o yerə çatıb ki, nəinki mərkəzdə, dünənə qədər ucqar hesab etdiyimiz yerlərdə hətta yarım milyona satılan ev “əlimyandı” qiymət hesab olunur.
Çünki həqiqətən də bəzi ərazilərdə 3 otaqlı evlərin qiyməti 750-800 mindir. Mərkəzdəki arxitekturalı binalarda, yaxud şəhərin digər nüfuzlu, strateji yerlərindəki “rezidans”larda qiymət milyonu artıq çoxdan keçib. Onlarla müqayisədə 500 minlik ev həqiqətən də “əlimyandı” satılmış sayılır.
Bəs Bakıda qiymətlər niyə belə “uçdu”? Bu qiymətləri kim müəyyənləşdirir?
Əmlak məsələləri üzrə ekspert Namiq Rəsulov Bizim.Media-ya açıqlamasında bildirib ki, əslində heç kim təkbaşına qiymət müəyyənləşdirmir.
“Qiymət bir neçə təsirin nəticəsidir: satıcı özü ilkin qiyməti qoyur, makler evə, yerləşməsinə, infrastrukturuna görə satıcıya qiymət təklif edir, bu ikisi razılaşdıqdan sonra alıcı da həmin qiymətə ala bilirsə, artıq real qiymət formalaşır”.
Ekspert bazarda süni qiymət faktını da danmır. Deyir ki, xüsusilə premium binalarda elan qiymətlərinin bir-birini “qaldırması” mümkündür.
“Məsələn, bir ərazidə qonşu 700 minə mənzil qoyub, o biri 50 min də artırır. Sonra digər satıcı həmin 700 mini bazar göstəricisi kimi qəbul edir və bir az da o artıq yazır. Beləcə elan qiymətləri yüksəlir. Bu da tədricən aşağı seqmentdə olan mənzillərə də təsir edir”.
Digər bir məsələ isə təmirli, hazır mənzillərin deyil, divarı suvaq belə görməmiş “pod mayak” mənzillərin qiymətində endirim olmamasıdır.
N.Rəsulovun sözlərinə görə, bu, evin təmiri ilə deyil, yerləşməsi, ərazinin keyfiyyəti, küçənin və yolların vəziyyəti, layihələndirmə, binanın xarici görünüşü, mənzərəsi, tikinti keyfiyyəti və ən əsası çıxarışının olması ilə dəyərləndirilir.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:40 / 23.09.2026
Bakıda astronomik qiymətə “pod mayak” evlər – Yarım milyon “əlimyandı” qiymət hesab olunur?
Hazırda oxunan: Bakıda astronomik qiymətə “pod mayak” evlər – Yarım milyon “əlimyandı” qiymət hesab olunur?
Hazırda oxunan: Bakıda astronomik qiymətə “pod mayak” evlər – Yarım milyon “əlimyandı” qiymət hesab olunur?
638120
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































