Avqustun 27-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Sarıbaş (Qax), Gədəbəydə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Mingəçevir, Zaqatala, Goranboy, Şahdağ, Şəki, Oğuz, Şəmkir, Şərurda 1 mm-dək qeydə alınır.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Culfada 22, Goranboyda 19, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18, Tərtərdə 16 m/s-dək güclənir.
Qusar, Goygöl, Xankəndi, Şahbuz, Lerikdə duman müşahidə olunur.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti müşahidə olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:20 / 27.08.2026
Bəzi rayonlarda leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Hazırda oxunan: Bəzi rayonlarda leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Hazırda oxunan: Bəzi rayonlarda leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
633287
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































