Ayaqların şişməsinin qarşısını almağın sadə yolu

Ayaqların şişməsinin qarşısını almağın sadə yolu

Hazırda oxunan: Ayaqların şişməsinin qarşısını almağın sadə yolu
632055
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsti hava zamanı günün sonunda ayaqlarda və topuqlarda şişkinlik, ağırlıq və narahatlıq yarana bilər. Mütəxəssislər bunun əsas səbəblərindən birinin yüksək temperaturun qan dövranına təsiri olduğunu bildirirlər.

Bizim.Media Medicina.az-a istinadla xəbər verir ki, dietoloq Keyt Bukerin sözlərinə görə, şişkinliyi azaltmağın ən sadə yollarından biri gün ərzində mütəmadi hərəkət etməkdir. Gündəlik gəzinti qan dövranını yaxşılaşdırır və ayaqlarda maye yığılmasının qarşısını almağa kömək edir.
 

Mütəxəssislər isti havalarda uzun müddət oturmamaq və ya ayaqüstə qalmamaq, hər saat bir neçə dəqiqə gəzmək, topuq və ayaq barmaqlarını hərəkət etdirmək tövsiyə edir.


Ayaqqabı seçimi də önəmlidir. Ayağı və barmaqları sıxan ayaqqabılar qan dövranını çətinləşdirərək şişkinliyi artıra bilər. Buna görə yayda rahat və ayağı sıxmayan ayaqqabılara üstünlük vermək məsləhətdir.

Şişkinlik güclüdürsə, yalnız bir ayaqda yaranırsa və ya ağrı kimi digər əlamətlərlə müşayiət olunursa, həkimə müraciət etmək lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO