Ədalət sisteminə süni intellekt gəlir - Məhkəmələr necə dəyişəcək?

Ədalət sisteminə süni intellekt gəlir - Məhkəmələr necə dəyişəcək?

Hazırda oxunan: Ədalət sisteminə süni intellekt gəlir - Məhkəmələr necə dəyişəcək?

629477

Dünyada məhkəmə sistemində yeni bir mərhələ başlayır. Süni intellekt bütün sahələrə müdaxilə etdiyi kimi məhkəməyə də “ayaq açır”. Artıq hüquqi sənədləri saniyələr ərzində təhlil edir, məhkəmə təcrübəsini müqayisə edir və hakimlərin qərarvermə prosesinə analitik dəstək göstərir.

Məsələn, Əbu-Dabi (BƏƏ) Məhkəmə Departamenti cari ilin sentyabrından etibarən tam inteqrasiya olunmuş süni intellekt əsasında məhkəmə platformasını istifadəyə verməyi planlaşdırır. Amma yenə də yekunda qərarı hakim verəcək. Süni zəka oxşar məhkəmə işləri üzrə daha ardıcıl yanaşmanı təmin etməyə və hakimlərin iş yükünü azaltmağa kömək edəcək.

Bəs bu yenilik Azərbaycanda da tətbiq oluna bilərmi?

Hüquq təmsilçiləri bildirirlər ki, indiki texnoloji çağda nəinki mümkündür, hətta vacibdir. Lakin süni intellektin hakimi tam əvəz etməsi hazırda nə hüquqi, nə də etik baxımdan real görünmür.

Bu istiqamətdə addımlar artıq atılır. “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nı nəzərə alaraq ölkədə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək üçün pilot layihələrə başlanılıb.

Hüquqşünas Hikmət Kərimovun Bizim.Media-ya açıqlamasına görə, artıq səlahiyyətlər və hüquqi statuslar yenilənir.
 

“Belə dinamik mühitdə süni intellekt yalnız analitik tövsiyə verməməli, həm də istifadə etdiyi qərarın struktur bütövlüyünü davamlı şəkildə qiymətləndirə bilməlidir. Burada təkcə qərarın məzmununu deyil, onun strukturunun rekonstruksiya oluna bilməsi və etibarlılıq şərtləri baxımından dayanıqlılığıdır. Gələcək məhkəmə sistemlərində qərar qəbul edilən anda hüquqi və institusional əsasın hələ də etibarlı olduğunu sübut edə bilən sistem olmalıdır”.


Xatırladaq ki, Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yaxın zamanlarda keçirilən Beynəlxalq Ombudsmanlar Zirvə Toplantısında süni intellektin hüquqi bazaların təhlili və məhkəmə xidmətlərinin təkmilləşdirilməsində faydalı vasitə olduğunu söyləmişdi. Bununla belə o, ədalətin mahiyyətinin texniki prosedurlara sığmadığını, vicdan və insan hüquqlarına sayğının süni intellektlə əvəzlənə bilməyəcəyini vurğulamışdı.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO