Zəngilanda körpələr evi-uşaq bağçasının açılışı olub - Foto

Zəngilanda körpələr evi-uşaq bağçasının açılışı olub - Foto

Hazırda oxunan: Zəngilanda körpələr evi-uşaq bağçasının açılışı olub - Foto
646394
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Zəngilan şəhərində 160 yerlik körpələr evi-uşaq bağçasının da açılışı olub.

Bizim.Media xəbər verir ki, körpələr evi-uşaq bağçası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı inşa olunub.

Burada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların asudə vaxtlarının səmərəli təşkili, həmçinin balacaların ilkin bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılıb.

Körpələr evi-uşaq bağçasında oyun, yataq, kompüter, tibb otaqları və idman zalı da var. 

Musiqi, rəqs və akt zalları da balacaların ixtiyarına veriləcək. Körpələr evi-uşaq bağçasının həyətində abadlıq işləri həyata keçirilib, balacaların açıq havada istirahəti üçün zəruri şərait yaradılıb.

Zəngilanda körpələr evi-uşaq bağçasının açılışı olub - Foto - foto 1
Zəngilanda körpələr evi-uşaq bağçasının açılışı olub - Foto - foto 2
Zəngilanda körpələr evi-uşaq bağçasının açılışı olub - Foto - foto 3
Zəngilanda körpələr evi-uşaq bağçasının açılışı olub - Foto - foto 4
Zəngilanda körpələr evi-uşaq bağçasının açılışı olub - Foto - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO