Litvalı jurnalist: “Azərbaycan əsgərinin ilk qar yağana qədər Şuşaya daxil olması üçün hər gün dua edirdim” – Video

Litvalı jurnalist: “Azərbaycan əsgərinin ilk qar yağana qədər Şuşaya daxil olması üçün hər gün dua edirdim” – Video

Hazırda oxunan: Litvalı jurnalist: “Azərbaycan əsgərinin ilk qar yağana qədər Şuşaya daxil olması üçün hər gün dua edirdim” – Video
646399
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

30 illik gözlənti, doğma torpaqların itirilməsinin ağrısı, minlərlə qaçqının eyni sualı: “Biz nə vaxt evimizə qayıdacağıq?” və nəhayət, tarixi ədalətin təntənəsi.

Uzun illər cəbhəyanı ərazilərdə Azərbaycan xalqı ilə birlikdə çətin sınaqlardan keçmiş tanınmış litvalı jurnalist Riçardas Lapaytis Zəfər Günü ərəfəsində “Qarabağ gündəliyi” kitabını təqdim edəcək.

Bizim.Media xəbər verir ki, o, AZƏRTAC-ın müxbirinə müsahibəsində şəxsi təcrübələrindən, Zəfərə olan inamından və bu gün təkcə Qafqaz üçün deyil, bütün dünya üçün əhəmiyyət daşıyan dözümlülük dərslərindən danışıb.

“Tezliklə bütün Azərbaycan İkinci Qarabağ müharibəsində Zəfər Gününü – işğaldan azad olunma, ədalətsizlik üzərində qələbə, təxminən 30 il gözlənilən günü qeyd edəcək.

Və rəmzi məna daşımağına baxmayaraq, bu kitab ən böyük hədiyyəyə çevrilib. Hətta deyərdim ki, bu, əsl təsadüfdür. Kitabın məhz bu günlərdə işıq üzü görəcəyini planlaşdırmamışdım. Lakin bu gün düşündüm ki, onun məhz indi nəşr olunması həyatımın ən gözəl təsadüflərindən biridir.

Həmçinin Zəfər Günü münasibətilə Litvada, Azərbaycanın səfirliyinin dəstəyi və səfir Tamerlan Qarayevin şəxsi köməyi ilə Vilnüsdə kitabın təqdimatı keçiriləcək. Biz Azərbaycanın Zəfər Gününü qeyd etməklə yanaşı, “Qarabağ gündəliyi” kitabını da təqdim edəcəyik. Bu, mənim üçün inanılmaz dərəcədə mühüm hadisədir”, – deyə jurnalist bildirib.

Litvalı jurnalist: “Azərbaycan əsgərinin ilk qar yağana qədər Şuşaya daxil olması üçün hər gün dua edirdim” – Video - foto 1

Müsahib belə bir gündə hansı hissləri keçirdiyini də bölüşüb:

“Ürəyim sevinc sözlərilə dolub-daşır. Azərbaycan xalqı ilə birlikdə keçdiyim 30 il ərzində aylarla cəbhəyanı ərazilərdə yaşamış, qaçqın düşərgələrində çalışmışam. İnsanların tarixi vətənlərini görmədən dünyalarını dəyişdiklərinin şahidi olmuşam. Bu gün nə hiss edirəm? Azərbaycan əsgərinə və ilk növbədə, bu addımı atmağa qərar verdiyinə görə Azərbaycanın Prezidentinə dərin qürur və hörmət hissi bəsləyirəm.

Şuşada keçirilən Qlobal Media Forumunda iştirak etdiyim zaman Prezident İlham Əliyevin qaçqınlarla görüşlərində ona ünvanlanan ən ağır sualdan danışdığını xatırlayıram. İnsanlar ondan soruşurdular: “Biz nə vaxt evimizə qayıdacağıq?” Təsəvvür edin, mürəkkəb siyasi vəziyyətdə belə bir sualı eşitmək və ona cavab axtarmaq necə çətin idi. Amma Allaha şükürlər olsun ki, həmin gün gəlib çatdı”.

Vətən müharibəsi zamanı R.Lapaytis hər gün hadisələri izləyir və ilk soyuqlar, ilk qar yağana qədər Azərbaycan əsgərinin Şuşaya daxil olması, şəhərdə Azərbaycan bayrağının dalğalanması üçün dua edirdi.

“Yəqin ki, zamanla Ukrayna və işğalla üzləşən digər ölkələr də bunu anlayacaqlar. Burada Prezident İlham Əliyevin sözlərini təkrarlamaq istəyirəm: “Heç vaxt işğalla barışmamaq”. Azərbaycanlılar bununla barışmadılar. Baxın, onların inamı, dözümlülüyü və cəsarəti Qarabağın azad olunmasına gətirib çıxardı.

Bütün Azərbaycan xalqı və ən çətin anlarda yanımızda olan əsl dostlarım üçün böyük qürur hissi keçirirəm. Hamınızın qarşısında baş əyirəm! Hər bir azərbaycanlıya ürəyimin dərinliyindən, birbaşa sizin qəlbinizə ünvanlanan səmimi hörmətimi və sevgimi çatdırıram”, – deyə tanınmış litvalı jurnalist fikirlərini yekunlaşdırıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO