Xırdalanda ər və arvad arasında İNSİDENT: Ölən var - YENİLƏNİB

Xırdalanda ər və arvad arasında İNSİDENT: Ölən var - YENİLƏNİB

Hazırda oxunan: Xırdalanda ər və arvad arasında İNSİDENT: Ölən var - YENİLƏNİB
629079
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə küçəsi ərazisindən çağırış qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən bir kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.
 

Qadın isə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Boyun nahiyəsinin, başın, döş qəfəsinin, saidin, çiyin və bazu nahiyələrinin açıq və çoxsaylı yaralanmaları, qarın divarının kontuziyası diaqnozları təyin edilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.


Müvafiq laborator və instrumental müayinələr aparıldıqdan sonra pasiyent cərrahi əməliyyata alınıb.

*** 16:16

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, ər və arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb.

Nəticədə kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Hazırda ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO