“Qlobal” Media və Siyasət Araşdırmaları İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Rəqəmsal Məkanda Milli Kimlik: Təxribatlara Qarşı Mübarizə” layihəsi uğurla başa çatıb.
Bizim.Media xəbər verir ki, layihə müasir rəqəmsal informasiya mühitində milli kimliyin qorunması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və ictimai şüurun formalaşdırılması istiqamətində maarifləndirmə məqsədi daşıyıb.
Layihə çərçivəsində rəqəmsal platformalarda dezinformasiya, informasiya manipulyasiyası və ideoloji təxribatların yaratdığı risklər araşdırılıb, bu sahədə ictimai məlumatlılığın artırılmasına yönəlmiş müxtəlif fəaliyyətlər həyata keçirilib.
Layihə müddətində gənclər və ictimaiyyət üçün maarifləndirici təlimlər təşkil edilib, sorğu keçirilib, mövzu üzrə ekspertlərin iştirakı ilə podkast seriyaları hazırlanaraq müxtəlif media platformalarında yayımlanıb, həmçinin analitik məqalələr hazırlanaraq ölkənin nüfuzlu media orqanlarında dərc edilib.
Layihənin icrası nəticəsində iştirakçıların media və rəqəmsal savadlılıq bacarıqlarının inkişafına, dezinformasiyanın tanınması və informasiyanın düzgün qiymətləndirilməsi vərdişlərinin formalaşmasına, eləcə də milli kimliyin qorunması və informasiya təhlükəsizliyi sahəsində ictimai maarifləndirmənin gücləndirilməsinə mühüm töhfə verilmişdir.
Eyni zamanda layihə çərçivəsində yaradılmış maarifləndirici materiallar və media məzmunları geniş auditoriyanın istifadəsinə təqdim olunub.
Bizim.Media

































































































