Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı YENİLİK

Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı YENİLİK

Hazırda oxunan: Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı YENİLİK

627269

Dövlət uşaq müəssisələrindən məzun olmuş əməkqabiliyyətli şəxslər üçün fərdi məşğulluq proqramı hazırlanacaq.

Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda qeyd olunub.

Sənəddə bildirilib ki, proqramın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Fərdi məşğulluq proqramına uyğun olaraq, həmin şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işlə təmin olunmasının yaxşılaşdırılması nəzərdə tutulur.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, dövlət uşaq müəsissələrindən məzun olanlara hər zaman xüsusi yanaşma olub:

“Hazırda da bu proses gedir. Ən azından həmin məzunların işlə təminatında müəyyən təşəbbüslər var. "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda bu məsələyə diqqət ayrılması təqdirəlayiqdir.
 

Qeyd olunanlardan aydın olur ki, dövlət uşaq müəssisələrindən məzun olmuş əməkqabiliyyətli şəxslər üçün fərdi məşğulluq proqramı hazırlanacaq.


Yəni məzunlara müəyyən peşələr öyrədiləcək.

Bu hesaba da həmin gənclər əmək bazarında peşələrinə uyğun davamlı iş yeri qazana biləcəklər. Bu da valideyn himayəsindən məhrum olmuş uşaqlara həyatda özlərini təsdiqləmələri üçün əlavə imkanlar verəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO