Paytaxtda I sinfə qəbulla bağlı 37 598 sorğu yerləşdirilib

Paytaxtda I sinfə qəbulla bağlı 37 598 sorğu yerləşdirilib

Hazırda oxunan: Paytaxtda I sinfə qəbulla bağlı 37 598 sorğu yerləşdirilib
624946
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

13 iyul saat 10:30-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 37 598 uşaq üçün elektron sistem (//mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.

Bu barədə Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 4 269 müraciət operativ şəkildə cavablandırılıb.
 

Daxil olan müraciətlərdən 73-ü alternativ qeydiyyat mərkəzlərində, 3 672-si sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 524 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.


Qeyd edək ki, mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO