Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

623622

Azərbaycanda hazırda qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət sabitdir və narahatlıq doğuran hər hansı kütləvi yayılma müşahidə olunmur.

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, cari ilin ilk altı ayı ərzində ölkədə həm qızılca, həm də suçiçəyi üzrə tək-tük yoluxma halları qeydə alınıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət davamlı nəzarətdə saxlanılır, daxil olan məlumatlar mütəmadi təhlil edilir və risk qiymətləndirilməsi aparılır.

Müşahidələrin nəticələrinə əsasən, hazırkı mərhələdə əlavə epidemioloji risk qeydə alınmayıb. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO