DYP-dən yağışlı hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ

Hazırda oxunan: DYP-dən yağışlı hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ
621809
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) xəbərdarlıq yayıb.

Bildirilib ki, xüsusilə, gecə və səhər saatlarında çiskinli hava yollarda görünüş məsafəsini məhdudlaşdırır və sürücülərə ciddi çətinliklər yaradır.
 

"Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu bölgələrə və paytaxta səfər edənlərin sayında artım müşahidə olunacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə qeyri-sabit hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir", - məlumatda qeyd olunub.


Həmçinin vurğulanıb ki, sinoptiklərin məlumatına əsasən, iyunun 28-dək davam edəcək yağışlı hava piyadaların da hərəkətində çətinliklər yaradacaq, eləcə də moped və motosiklet idarə edən şəxslər üçün əlverişsiz olacaq.

Bu səbəbdən onlardan yağmurlu hava şəraitini nəzərə almaq, özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaradan davranışlardan çəkinmək xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO