Qızına elçi düşən şəxsi döyərək öldürdü - Mingəçevirdəki qətlin TƏFƏRRÜATI

Qızına elçi düşən şəxsi döyərək öldürdü - Mingəçevirdəki qətlin TƏFƏRRÜATI

Hazırda oxunan: Qızına elçi düşən şəxsi döyərək öldürdü - Mingəçevirdəki qətlin TƏFƏRRÜATI

620735

Mingəçevirdə ölümlə nəticələnən davanın təfərrüatı məlum olub.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə iyunun 22-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərdən birinin qarşısında baş verib.
 

Şəhər sakini, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb.


Məlumata görə, bir müddət əvvəl Tural Bəhrəmli Rafiqin qızını sevib. Lakin Rafiqin ailəsi qızı ona verməyib. Tural isə sevdiyi qızın qarşısını kəsərək, onu qaçıracağını bildirib. Həmin gün kafedə ad günü məclisində olan Rafiqə bu barədə məlumat çatıb və o, Turalı kafeyə çağırıb.

Hadisə yerinə gələn Turalla Rafiq arasında mübahisə yaranıb. Mübahisə kafenin qarşısında da davam etdirilib. Nəticədə Rafiq Turalı yumruq və təpik zərbələri ilə ölümcül döyüb.

Hadisəyə ad günündə iştirak edən şəxslər müdaxilə edib və Turalı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Tural xəstəxanada dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Rafiq Məmmədov saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO