“Son iki ildir qızımın tərbiyəsinə ciddi qarışmırdım” – FOTO

“Son iki ildir qızımın tərbiyəsinə ciddi qarışmırdım” – FOTO

Hazırda oxunan: “Son iki ildir qızımın tərbiyəsinə ciddi qarışmırdım” – FOTO

619954

Xəbər verdiyimiz kimi, tanınmış vəkil, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin qızı avtomobil qəzasında faciəvi şəkildə həyatını itirib.

Bizim.Media xəbər verir ki, vəkil qızının vəfatı ilə bağlı paylaşım edərək valideynlərə çağırış edib:

“Valideyinlərə, xüsusilə atalara tövsiyyələrim var, bunları nəzərə alın ki, həyat sizi yandırmasın.

Son 2 ildir ki mən qızımın tərbiyəsinə ciddi qarışmırdım, - reklam çəkib pul qazanırdı, hətta mənə "ata blogerlər vəkillərdən çox pul qazanır" deyirdi. Bir tərəfdən müstəqil, digər tərəfdən də doğru bir həyat yaşamasını istəyirdim. Mən onun həkim olmasını istəyirdim, tibbə hazırlığa getməkdə də bütün xərclərini qarşılayacağımı demişdim. Fikrini dəyişə bilmirdim, o da incəsənətdə oxumaqda israrlı idi. 

Övladlarınız üzərində ciddi nəzarəti əldən verməyin. Sizə "pis ata", lap "abyuser" desinlər; səbrlə uşaqlarınızı 23- 25 yaşına qədər yönləndirməyə, nəzarət etməyə davam edin. 

Siz onlara nəzarət etməsəniz - "öz həyatım var, işlərim çoxdur" deyə - bir gün peşmanlığınız və ağrılarınıza, mənəvi əzablarınıza nəzarət edə bilməyəcəksiniz. 

Uşağın hər ürəyi istədiyini, istədiyi həyatı deyil, sizin onun üçün seçdiyi həyatı verin. Sevgi, qayğı və nəzarətdən ibarət bir tərbiyə vermək hər bir valideynin funskiya və borcudur. Həyatda ən böyük investisiya uşaqlarınızdır, o məsələdə udsanız, digər heç bir şeydə udmasanız belə, sizə qəm yoxdur. Övlad məsələsində uduzan valideynin isə əslində heç bir qazancı, təsəllisi yoxdur”.

Qeyd edək ki, sözügedən qəza iyunun 16-da Bakı-Sumqayıt yolunda baş verib. Vəkilin qızının idarə etdiyi motosiklet yolda dayanan nasaz avtomobilə çırpılıb. Nəticədə 17 yaşlı Zəhra aldığı xəsarətlərdən dünyasını dəyişib.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO