Yay mövsümünü çimərliksiz təsəvvür etmək qeyri-mümkündür. Xüsusilə Bakı və Abşeronun şoran təbiəti meşələr və çaylar üçün uyğun olmadığına görə, tək seçim dənizkənarı istirahət qalır. Lakin təhlükəsiz istirahət üçün çimərliklərin heç də hamısı uyğun olmur.
Dəniz suyunun təmizliyi, sahilin sanitariya vəziyyəti, xilasedici xidmətinin mövcudluğu və ümumi təhlükəsizlik tədbirləri istirahət edənlərin əsas axtardığı keyfiyyətlərdir.
Hər il vətəndaşlar ən təmiz çimərlik axtarışında olurlar, bir-birindən yaxşı çimərlik ünvanı soruşurlar. Amma bu fakt ilbəil dəyişə bilər, çünki suyun keyfiyyəti hər mövsüm yenidən yoxlanılır. Son monitorinqlərdə Bilgəh, Pirşağı, Şüvəlan və Mərdəkan çimərliklərində həm dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəricilərinin norma daxilində olduğu bildirilir, həm də güvənlilik baxımından xilasedici xidməti, sakit sahili olduğu üçün daha yaxşı seçim hesab olunur.
Hər il insanları dənizlə bağlı narahat edən başqa problem də var: dəniz suyu dəri problemləri yarada bilərmi?
Dermatoloqlar yarada biləcəyini təsdiqləyirlər. Hətta ən təmiz çimərlikdə belə həssas dərisi və ya ekzeması olan insanlarda duzlu su dərini qurudub qıcıqlanmanı artıra bilər. Uzun müddət günəş, duz və küləyin təsiri dərinin qoruyucu qatını zədələyir.
Açıq yara, cızıq və ya sızanaq varsa, infeksiya riski artır. Əsasən də atopik dermatit, psoriaz və tez-tez allergik səpkilər olan insanlara dəniz məsləhət görülmür. Yox əgər dənizsiz yaşaya bilmirlərsə, suya girdikdən sonra dəri qurumadan dərhal şirin suli duşa girməlidirlər. Ardınca isə nəmləndirici istifadə etmək faydalıdır.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:40 / 18.06.2026
Əhalinin DİQQƏTİNƏ - Bakının ən təmiz çimərlikləri AÇIQLANDI
Hazırda oxunan: Əhalinin DİQQƏTİNƏ - Bakının ən təmiz çimərlikləri AÇIQLANDI
Hazırda oxunan: Əhalinin DİQQƏTİNƏ - Bakının ən təmiz çimərlikləri AÇIQLANDI
619859
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































