65 yaşı tamam olan həkimlərə müjdə

65 yaşı tamam olan həkimlərə müjdə

Hazırda oxunan: 65 yaşı tamam olan həkimlərə müjdə

619781

"Regionlarda həkim çatışmazlığı var və biz bu məsələni dəfələrlə qaldırmışıq".

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bu istiqamətdə atılan addımlar öz uğurlu nəticəsini verəcək.

Ə.Əmiraslanov qeyd edib ki, həkimlər, əsasən, böyük şəhərlərdə çalışırlar və müəyyən regionda həkim çatışmazlığı problemi var:

"Bu istiqamətdə aparılan işlərdən biri də 65 yaşına çatmış həkimlərin işləməsinə icazə verilməsidir. Bu istiqamətdə Səhiyyə Nazirliyi ilə iş aparılır və ümid edirik ki, 65 yaşına çatmış həkimlərin işləməsinə icazə veriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO