Magistratura imtahanları üzrə ölkə 1-cisi Cəmilə oldu

Magistratura imtahanları üzrə ölkə 1-cisi Cəmilə oldu

Hazırda oxunan: Magistratura imtahanları üzrə ölkə 1-cisi Cəmilə oldu
619578
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanının ikinci cəhdinin yekun nəticələrini açıqlayıb.

Qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələr mayın 20-də açıqlanmışdı. Bu gün isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri də daxil olmaqla yekun imtahan balı təqdim olunub.

Bizim.Media xəbər verir ki, AzEdu.az yekun nəticələrdən sonra ölkə birincisi olan bakalavrın adını dəqiqləşdirib.
 

Cəmilə Yusifova essedən 5 alaraq, ümumilikdə 98.5 bal toplayıb. BANM-in İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olunan Cəmilə Prezident təqaüdünə layiq görülən tələbədir.


Gələcəkdə təhsilini öz ixtisası üzrə davam etdirməyi və xaricdə magistratura təhsili almağı hədəfləyir.

Qeyd edək ki, Cəmilə Yusifova magistraturaya qəbul imtahanının ikinci cəhdində test mərhələsində 93,5 bal toplayaraq respublika birincisi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO