30 ayin uğurlari...

30 ayin uğurlari...

Hazırda oxunan: 30 ayin uğurlari...

61868
ATV-nin özəlliyi,orijinallığının əsas xüsusiyyəti odur ki,qeyri-peşəkarlar və peşəkarlıqdan uzaq insanların efirdə olmaması kanalın tutduğu obyektiv mövqedən xəbər verir. 

Azərbaycan ədəbi dilinin efirdə qorunması, bu sahədə kanalda aparılan işlər öz nəticəsini verir. Peşəkar teleaparıcılar Zaur Baxşəliyev, Orxan Fikrətoğlu, İradə İsaq, İlhamə Bədəlova, Mətanət Əliverdiyeva öz professionallıqları ilə tamaşaçı kütləsinin rəğbətini qazana biliblər. Xəbər aparıcısı kimi tanınan Mətanət Əliverdiyevanı başqa bir formatda tamaşaçıya təqdim etməklə kanal aparıcının digər qabiliyyətlərini üzə çıxardı.Son vaxtlar Mətanət xanımın peşəkarlığı nəticəsində "Gündəlik"verilişi tamaşaçılar tərəfindən ən çox sevilən verilişlərdən biridir. Teleməkanda sənət və şou-biznes nümayəndələrinə sözü cəsarətlə deməkdə  telejurnalist Mətanət xanım əvəzsizdir. Obyektiv kanalda düz sözə qiymətin verilməsi, mənfi və müsbət cəhətləri çəkinmədən düz üzə deməkdə gücün varlığı obyektivliyin təsdiqini sübut edir. Şou aparıcısı kimi tanınan Zaur Baxşəliyevin sosialyönümlü verilişin aparıcısı kimi özünü təsdiq etməsi kanalın aparıcıya olan etimadının nəticəsidir. Kanalda aparılan köklü islahatlar aparıcıların digər formatda və simada tamaşaçı auditoriyasına təqdim edilməsində öz bəhrələrini verir. Danılmaz bir faktdır ki, son iki il yarımda ATV rəhbərliyinin imza atdığı yeni layihələr və eksperimentlərdən digər telekanallar da bəhrələnərək forma və məzmunu saxlanılmaqla başqa bir adla efirə gedir. Ancaq mayasında ATV-nin layihəsi dayandığından çox təəssüflər ki, həmin layihələr elə yerindəcə yırğalanır. Sanki get-gedə ideya plagiatlarının sayı çoxalır. Parlaq layihələrin olması üçün düşünmək lazımdır. Nəinki hər hansısa bir telekanalın ideya məhsulu olan verilişləri təkrarlamaq... Son 30 ayda dövlət və dövlətçiliyimizin təbliği, milli-mənəvi dəyərlərimizin aşılanması, nadir sənət incilərimizin tamaşaçılara çatdırılaraq apardıqları maarifləndirmə işi təqdirəlayiqdir.                                                                               


Mahmizər Mehdibəyova-filologiya üzrə fəlsəfə doktoru
AMEA-nın baş elmi işçisi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO